Metronun Xətai-Cəfər Cabbarlı mənzilində hərəkət bərpa olundu - YENİLƏNİB
30 oktyabr 2021 16:44 (UTC +04:00)

Metronun Xətai-Cəfər Cabbarlı mənzilində hərəkət bərpa olundu - YENİLƏNİB

0

Bakı metrosunun Xətai-Cəfər Cabbarlı mənzilində hərəkət bərpa olunub.

Bu barədə Lent.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qeyd edək ki, metronun 28 May stansiyasında baş verən tüstülənmə ilə bağlı metrosunun Xətai-Cəfər Cabbarlı mənzilində qatarların hərəkəti məhdudlaşdırılmışdı.

***

16.10

Bu gün saat 14:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının Metropiliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

***

15.08

Xətai-Cəfər Cabbarlı mənzili istisna olmaqla, Bakı metropoliteninin xətlərində hazırda qatarların hərəkətinin tənzimlənməsi təmin olunur.

Lent/az-ın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

14:51

"28 May" stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb”. 

Lent.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4145

Oxşar yazılar