Metroda  terror törədiləcəyi   barədə yanlış məlumat yayan tutuldu - RƏSMİ
10 mart 2023 19:17 (UTC +04:00)

Metroda terror törədiləcəyi barədə yanlış məlumat yayan tutuldu - RƏSMİ

0

Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılan və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olan səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti zəruri istintaq-əməliyyat tədbirləri keçirib.

Lent.az bildirir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, faktla bağlı başlanılan cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan vətəndaşı, 22 yaşlı Butayev Fərid Fərhad oğluna məxsus olduğu və sözügedən materialı həmin şəxsin “WhatsApp” tətbiqi vasitəsilə paylaşdığı müəyyən edilib.

Fərid Butayev saxlanılaraq Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Əhali arasında vahimə yaratmaq məqsədi güdən analoji əməllərin qanunla müəyyən olunmuş qaydada ciddi hüquqi məsuliyyət yaratdığı barədə bir daha xəbərdarlıq edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2452

Oxşar yazılar