Metroda qadının çantasına girdi
10 dekabr 2022 17:00 (UTC +04:00)

Metroda qadının çantasına girdi

Metroda qadın qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, metro stansiyasında Hacıqabul rayon sakini olan qadın sərnişinin çantasından içərisində pulu olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar