Amerikalı müğənni D4vd şokedici bir hadisə ilə gündəmə gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Los-Ancelesdə ona məxsus olduğu müəyyən edilən Tesla avtomobilində çürümüş cəsəd tapılıb.
Lakin polis cəsədin D4vd-yə aid olmadığını təsdiqləyib. Bildirilib ki, sənətçinin hadisə ilə heç bir əlaqəsi yoxdur və məsələ ölüm hadisəsi kimi araşdırılır.