Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. 39 yaşlı Rzayev Tale İbrahim oğlu idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə 52 yaşlı Babayeva Rəvanə İsrafil qızını vurub.
Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.