Mənzildə köməksiz qalan şəxsin meyiti aşkar olundu
03 oktyabr 2021 04:54 (UTC +04:00)

Mənzildə köməksiz qalan şəxsin meyiti aşkar olundu

0

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Lent.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Vataqin Vladimir Alekseyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2054

Oxşar yazılar