Kürdəmirdə ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun Qaramahmudlu kəndindən keçən hissəsində baş verib. 53 yaşlı İbrahimov Zülfiqar İsrafil oğlunun idarə etdiyi "Kia Sorento" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sərnişin 76 yaşlı Rəhimova Məlahət Əli qızı aldığı xəsarətlərdən yerindəcə keçinib. Sürücü və onun xanımı 50 yaşlı S. İbrahimova, oğlu 13 yaşlı Ayxan isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, sürücü Z. İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır. Qəzada ölən M. Rəhimova isə Z. İbrahimovun qayınanasıdır.
Xatırladaq ki, Zülfiqar İbrahimovun oğlu İsrafil İbrahimov Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 26-da Laçın rayonunu Səfiyan kəndində gedən döyüşlərdə şəhid olub. Şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. İsrafil İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Z. İbrahimov