Mənimsəmədə təqsirli bilinən bələdiyyə sədrinin işi MƏHKƏMƏDƏ
01 fevral 2021 15:14 (UTC +04:00)

Mənimsəmədə təqsirli bilinən bələdiyyə sədrinin işi MƏHKƏMƏDƏ

İsmayıllıda vəzifə səlahiyyətlərindən sui-istifadə edən bələdiyyə sədri Əhməd Çələbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib. İş hakim Rəfayel Şirinovun icraatına verilib. Əhməd Çələbiyevin törətdiyi əməllər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsindən, 179.2.3-cü (mənimsəmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsinə tövsif edilib.

Qeyd edək ki, İsmayıllı rayonu, Tircan bələdiyyəsinin sədri Əhməd Çələbiyevin həmin vəzifədə işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Əhməd Çələbiyevin 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında 3 il müddətinə Əflatun Həsənova verməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500
avatar

Mehman Nəbiyev

Oxşar yazılar