Rusiyanın Çelyabinsk vilayətindəki məktəblərdən birində bədən tərbiyəsi müəllimi 9-cu sinif şagirdlərindən birinə qarşı təcavüz etməkdə ittiham olunur.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, zərərçəkən qızın anası polisə müraciət edib. O, bildirib ki, müəllim məktəbin tualetində qızına qarşı qanunsuz hərəkətlər edib.
Həmçinin qadın 2023-cü il aprelin 1-dən iyunun 31-dək uşağın zorlandığını bildirib.
Artıq faktla bağlı cinayət işi başlanıb. Müstəntiqlər şübhəli şəxsi dindiriblər. Ona başqa yerə getmək qadağan edilib.