Məhkum  cib telefonunu   UDDU
23 fevral 2023 14:13 (UTC +04:00)

Məhkum cib telefonunu UDDU

Hindistanın Bihar ştatının Qopalqanc şəhərində məhbus cəza qorxusundan təhlükəsizlik yoxlaması zamanı cib telefonunu udaraq xəstəxanaya yerləşdirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məhkum Kayşar Əli şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkimlər onun qarın boşluğunda yad cisim aşkar ediblər.

Həmin şəxs həbsxana işçilərinə deyib ki, qəfil yoxlama zamanı cib telefonu udub, çünki ondan istifadə etdiyinə görə cəzalandırılacağından qorxub. Hazırda məhkumun xəstəxanada müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Əli narkotiklə bağlı cinayətə görə 2020-ci ilin yanvarında həbs cəzası alıb. Hindistan həbsxanalarında mobil telefondan istifadə qadağandır.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar