Məhkəməyə narkotiklə  girənə 3 il həbs cəzası verildi
06 may 2026 11:18 (UTC +04:00)

Məhkəməyə narkotiklə girənə 3 il həbs cəzası verildi

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunun məhkəməsindən çıxarkən narkotik ittihamı ilə həbs olunan Peyman Həziyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən P. Həziyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Peyman Həziyevin vəkili məhkəmədən çıxan şəxsin narkotik ittihamı ilə həbs olunmasını absurd hesab etdiyini bildirib.

Dövlət ittihamçısı isə "Təcrübə göstərib ki, məhkəməyə gələn şəxslərin üzərindən nəinki narkotik, hətta bıçaq və digər kəsici alətlər sonradan müsadirə edilib"- deyib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Peyman Həziyevin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Xatırladaq ki, hadisə ötən il baş verib. Təqsirləndirilən Peyman Həziyev dostunun Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesindən çıxarkən narkotik ittihamı ilə həbs olunub.

Faktla bağlı cinayət işi başlanılıb, Peyman Həziyevə Cinayət Məcəlləsinin 234.1 maddəsi (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi açılaraq məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 116

Oxşar yazılar