Məhkəmə Tofiq Yaqublu ilə bağlı QƏRAR VERDİ
06 may 2025 13:30 (UTC +04:00)

Məhkəmə Tofiq Yaqublu ilə bağlı QƏRAR VERDİ

Milli Şuranın üzvü Tofiq Yaqublunun olan barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsinə hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Tofiq Yaqublu iştirak edib.

Prosesdə vəkillərin ev dustaqlığı ilə bağlı verdiyi vəsatətə baxılıb.

Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası mayın 20-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tofiq Yaqublu 9 il, onunla birgə ittiham olunan Elnur Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar