Məcburi köçkün qəsəbəsində ƏMƏLİYYAT
12 yanvar 2023 10:52 (UTC +04:00)

Məcburi köçkün qəsəbəsində ƏMƏLİYYAT

0

Biləsuvarda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşları məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə ərazisində əməliyyat tədbirləri keçiriblər. Nəticədə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Namiq Babazadə və Əfqan Mahmudzadənin idarəsində olan avtomobil saxlanılıb.

Avtomobildə aparılan axtarış zamanı 2 kiloqramdan artıq marixuana, 1 kiloqramdan artıq heroin və 300 metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Namiq Babazadə və Əfqan Mahmudzadə

Ələ keçirilən narkotiklər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2490

Oxşar yazılar