Maştağada oğurluq edən tutuldu
10 noyabr 2023 11:57 (UTC +04:00)

Maştağada oğurluq edən tutuldu

Bakıda həyətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 4-də Maştağa qəsəbəsində bir evin həyətindən 3000 manat dəyərində generator və təmir alətləri oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3625

Oxşar yazılar