Bakıda market qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən marketlərin birində seyfdən 80 manat, inzibatçının çantasından isə 750 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Saatlı rayon sakini İbrahim Alməmmədov və İmişli rayon sakini Mirsaleh Mirbabayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.