Bakıda evdən meyit tapılıb.
Lent.az-ın məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 31 yaşlı Adil Həsənovun meyiti yaşadığı evdə aşkar edilib.
Onun meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Hazırda gənc oğlanın ölümünün səbəbləri araşdırılır.