Şəkidə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvanı tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması planşet vasitəsilə yoxlayır, sərt karantin rejiminin tələb və tövsiyələri onların diqqətinə çatdırır. Eləcə də bankomatların qarşısında və böyük marketlərdə, xüsusilə də kassaların önündə sosial məsafənin saxlanılmasına, satıcı və alıcıların tibbi maskalardan istifadə etməsinə ciddi nəzarət olunur. Reydlər zamanı ictimai nəqliyyat vasitələrində də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər aşkarlandıqda onlar qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilirlər.
Sakinlərlə fərdi profilaktik söhbətlər aparılır, pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri onlara izah olunur.