Şabran sakinindən narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Vicay Rəsulov saxlanılıb.
Onun üzərinə və özünə məxsus avtomobilə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin (patı) aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.