Maşınından 7 ton dəmir, 2 baş heyvan çıxdı
06 noyabr 2021 13:20 (UTC +04:00)

Maşınından 7 ton dəmir, 2 baş heyvan çıxdı

0

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, noyabr ayının 6-da saat 3 radələrində Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məmməddərə kəndi ərazisindəki stasionar postda “Shacman” markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova “saxla” işarəsi verilib. Nəqliyyat vasitəsinə məyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən 7 ton dəmir məmulatları və 2 baş  heyvan aşkar edilib.

Fatla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2387

Oxşar yazılar