Maşını qaçırıb boruya çırpdılar
14 yanvar 2021 12:55 (UTC +04:00)

Maşını qaçırıb boruya çırpdılar

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov yanvarın 13-də saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Sabunçu rayonu ərazisində dəmir boruya vurulmuş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri B.Deyistani və İ.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

# 987
avatar

Mehman Nəbiyev

Oxşar yazılar