Maşından külli miqdarda narkotik tapıldı
07 yanvar 2021 12:37 (UTC +04:00)

Maşından külli miqdarda narkotik tapıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini İ.Verdiyev şəhər ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin götürülüb. 

Davam etdirilən əmliyyat-axtarış tədbiri nəticəsində onun “BMW” markalı avtomobilindən isə 10 kiloqramdan artıq heroin götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981
avatar

Mehman Nəbiyev

Oxşar yazılar