Maşın kanala aşdı, ölən var
23 mart 2021 12:20 (UTC +04:00)

Maşın kanala aşdı, ölən var

Sabirabadda ölümlə nəticələnən yol qəzası olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, martın 22-də saat 18 radələrində rayonun Həşimxanlı kəndində Ətcələr kənd sakini Ə.Ağayev idarə etdiyi “QAZ-31105” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Mehman Nəbiyev

Oxşar yazılar