Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, avtoqəza Bakıxanov qəsəbəsində qeydə alınıb.
Bəşir Bünyadov küçəsində şadlıq sarayından çıxan 2004-cü il təvəllüdlü Güliyev Rüfət Xası oğlu yolun əks istiqamətinə keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər ona sağ ayağın qamış sümüyünün sınığı diaqnozu qoyub. Yaralı müayinə edilərək reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.