Masazırda "Shacman" aşdı, 1 nəfər yaralandı
17 yanvar 2023 15:39 (UTC +04:00)

Masazırda "Shacman" aşdı, 1 nəfər yaralandı

0

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Shacman" markalı yük avtomobili yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1978

Oxşar yazılar