Masallı rayonunun Binə Xocavar kəndində yanğın baş verib.
Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 235 m² olan birmərtəbəli mebel sexinin qurutma otağı 35 m² sahədə və dam örtüyünün şüşə pambıq üzlüyü 25 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.