Bakıda ödəmə terminalı qarət olunub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 15-nə keçən gecə Yasamal rayonu ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 3438 manat pul oğurlanıb.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Oğuz rayon sakini M.Lətifov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.