Mansur Yavaş  barəsində araşdırma başladı
14 aprel 2026 10:58 (UTC +04:00)

Mansur Yavaş barəsində araşdırma başladı

0

Türkiyə Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş barəsində araşdırma aparılmasına icazə verib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, buna səbəb Yavaşın 2023-cü ildə Karabükdə keçirilən seçki mitinqində bələdiyyənin tabeliyində olan avtomobillər və digər resurslardan istifadə etməsi ilə bağlı iddialardır.

Qeyd olunur ki, iddialarla bağlı Mansur Yavaşdan başqa bələdiyyənin 8 üzvü barəsində də araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar