Xocalıda insan qalıqları tapılıb.
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, mayın 8-də işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.