Belarus prezidenti Aleksandr Lukaşenko xokkey komandasının yanvarın 20-də respublika liqasında keçiriləcək oyununu buraxacaq. Lukaşenkonun zədə səbəbindən oyunu buraxması barədə Belarus dövlət başçısının mətbuat xidmətinə yaxın olan “Pul First” Telegram kanalı məlumat yayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Birinci komanda”nın rəqibi Mogilev vilayətinin komandası olub. Belarus-Çin Belji müəssisəsində işgüzar səfərdə olan dövlət başçısı odun doğrayarkən xəsarət aldığını etiraf edib.
Lukaşenkonun sözlərinə görə, hadisə zamanı onun ayağına 80 kiloqramlıq blok düşüb. “Gəzdim və getdim, heç nə kimi görünmədi, sonra isə...” deyə axsayan prezident yoldaşları ilə söhbətində qeyd edib.