Moskvada “Rəşad Gəncinski” ləqəbli azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılova yeni ittiham irəli sürülüb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, qətldə və qanunsuz silah gəzdirməkdə ittiham edilir. Rusiya İstintaq Komitəsindən faktı təsdiqləyiblər.
O, 13 may 2009-cu ildə Moskvada törədilən və iki nəfərin güllələnməsində iştirakda günahkar bilinir.
İsmayılov Rəşad Məmməd oğlu 1978-ci ildə Gəncə şəhərində anadan olub. Gənc adı xırda cinayətlərdə hallanıb.
Daha sonra o, Moskvaya köçüb. Bir neçə dəfə Rusiya həbsxanalarında qısa müddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.
2013-cü ilin fevralında Moskvada keçirillən "sxodka”da azərbaycanlı "qanuni oğrular”dan Vaqif Süleymanov (Vaqif Diplomat), Əlibaba Həmidov (Qoca Yasamalinski), Arif Mehdiyev (Arif Sumqayitski), Yunus Nəzərov (Yunus Yasamalinski), Baxış Əliyev (Vaxa) tərəfindən “qanuni oğru” kimi taclandırılıb.
O, ötən ilin avqustunda Moskvada həbs edilib. Hazırda paytaxtın məşhur “Butırka” həbsxanasında saxlanılır.
Onu da qeyd edək ki, “Gəncinski” “Lotu Quli”ylə yaxın dost idi.

"Lotu Quli"nin azərbaycanlı dostuna YENİ İTTİHAMLAR: Qətl, qanunsuz silah...
Oxşar yazılar
Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
İmişlidə məktəblilərin öldüyü qəzaya görə saxlanılanlara hökm oxundu
3 iyul 2025 , 18:40
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10
Beyləqanda yeniyetmə kanalda batdı
3 iyul 2025 , 16:18Şəmkirdə su anbarında batan gənc qızın meyiti tapıldı
3 iyul 2025 , 16:13
Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü
3 iyul 2025 , 16:02