Liviyada girov götürülmüş azərbaycanlı Bakıya çatan kimi İNTİHAR ETDİ
08 avqust 2022 09:15 (UTC +04:00)

Liviyada girov götürülmüş azərbaycanlı Bakıya çatan kimi İNTİHAR ETDİ

Bakıda intihar hadisəsi baş verib.  

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb.

O, bir neçə il əvvəl Liviyada girov götürülüb. Təzəlikcə girovluqdan xilas olan F.Əliyev Azərbaycana qayıdıb. 

Fərid Əliyevin girovluqda olduğu zaman keçirdiyi psixi pozğunluq nəticəsində özünə qəsd etdiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13023
avatar

Sevinc Fərid

Oxşar yazılar