Lerikdə yük maşını dərəyə aşıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb.
Astara sakini 37 yaşlı Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.
Faktla bağlı araşdırma aparılır.