Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.
Bu barədə Lent.az-a AAYDA mətbuat katibi Anar Nəcəfli məlumat verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş vermişdi. Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmışdı.
Dərhal hadisə yerinə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunmuşdu.
***
Saat: 09:48
Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu baş verib.
Azərbaycanda Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.