Lənkəranda naməlum əşyanın partlaması nəticəsində 10 yaşlı uşaq xəsarət alıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Gəgiran kəndində qeydə alınıb.
İlkin məlumata görə, Şəhriyar Məhərrəmzadə naməlum əşya ilə oynayan zaman partlayış baş verib. Nəticədə sol ayağından xəsarət alan uşaq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.