Lənkəranda baş verən avtoqəzada ölən və yaralanan şəxslərin adları məlum olub.
Lent.az APA-nın Cənub bürosuna istinadən xəbər verir ki, Lənkəran şəhər sakini 1985-ci il təvəllüdlü Vüsal Orucəli oğlu Babayevin idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb.
Yaralı sürücü xəstəxanaya çatdırılsa da həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Sürücünü oğlu 2007-ci il təvəllüdlü Nihad Babayev isə müxtəlif dərəcəli xəsarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, qəzada ölən Vüsal Orucəli oğlu Babayev yol patrul xidmətində çalışıb.
***
Saat 01:45
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-nın Cənub bürosuna istinadən xəbər verir ki, hadisə Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Belə ki, sürücünün sükana nəzrəti itirməsi ilə avtomobil yoldan çıxaraq kanala aşıb.
Nəticədə ata və oğulu xəsarət alıblar.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan biri - atanın həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qəzaya avtomobilin sərxoş vəziyyətdə idarə olunması səbəb olub.
Meyit müayinə olunması üçün aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.