Bu gün Lənkəran şəhəri, Sütəmurdov kəndi yaxınlığında dənizdə batan daha 1 nəfərin meyiti çıxarılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, meyiti çıxarılan şəxs yeniyetmə qızdır
Dənizdən meyiti çıxarılan digər şəxs isə Lənkəran rayonunun Separadi kənd sakini Məmmədzadə Ramin Tahir oğludur.
***
18:25
Bu gün Lənkəran rayonu, Sütəmurdov kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 kilometr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
16:48
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Sütəmurdov kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Lent.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.