Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə bu gün səhər Lənkəran şəhəri ərazisində qeydə alınıb.
Avtobus velosipedçini - Lənkəran rayon sakini 56 yaşlı İsa Babayevi vurub. O, ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub, lakin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.(APA)