Lənkərana "od vuran"  tutuldu
01 sentyabr 2025 13:30 (UTC +04:00)

Lənkərana "od vuran" tutuldu

Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub. 

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb. 

N.Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar