Lənkəranda tikinti zamanı bir nəfər xəsarət alıb.
Lent.az-ın xəbərinə görə, hadisə Şilavar kəndi ərazisində fərdi tikinti sahəsində baş verib.
Avtokran paneli qaldırarkən qəza baş verib, panel burazdan çıxaraq yerə düşüb. Nəticədə 1979-cu il təvəllüdlü Şilavar kənd sakini Elnur Məhəmməd oğlu Hüseynov xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, E.Hüseynov tikinti materiallarının satışı ilə məşğul olur. Faktla bağlı araşdırma aparılır.