Laçında FACİƏ:  2 əsgərimiz həlak oldu - FOTO - YENİLƏNİB
05 avqust 2022 15:40 (UTC +04:00)

Laçında FACİƏ: 2 əsgərimiz həlak oldu - FOTO - YENİLƏNİB

Laçında yaralanan əsgərimiz vəfat edib.

Lent.az xəbər verir ki, avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu xəstəxanada dünyasını dəyişib.

Müdafiə Nazirliyindən əsgərin vəfat etməsi faktını təsdiq ediblər.

***

saat 14:21

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xudiyev Samir Səməd oğlu

# 9540
avatar

Oxşar yazılar