Kürdəmirdə yük avtomobilləri toqquşdu, ölənlər var
30 iyul 2023 08:51 (UTC +04:00)

Kürdəmirdə yük avtomobilləri toqquşdu, ölənlər var

0

Bakı-Qazax avtomobil yolunda ağır qəza olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Ərşəli kəndi yaxınlığında (Bakı-Qazax avtomobil yolunun 180-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2551

Oxşar yazılar