Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.
38 yaşlı sürücü - Ağdaş rayon sakini Nəbizadə Mövlud Məhəmmədnəbi oğlu "FORD" markalı mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Sığırlı kənd sakini Qarayev Əliqisməti vurub. Zərbənin təsirindən piyada elə hadisə yerindəcə dünaysını dəyişib. Onun meyidi müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.