Kürdəmirdə avtomobil kanala aşıb, ölənlər var  - YENİLƏNİB
16 avqust 2023 19:37 (UTC +04:00)

Kürdəmirdə avtomobil kanala aşıb, ölənlər var - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Şüşün kəndində hərəkətdə olan avtomobilin suvarma kanalına düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Mitsubishi” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Saat 18:10

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunda, rayonun Qaramahmudlu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı maşının idarəetmədən çıxaraq su arxına aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3549

Oxşar yazılar