Kürdəmirdə AĞIR QƏZA:  ər öldü,   həyat yoldaşı yaralandı
16 oktyabr 2023 19:15 (UTC +04:00)

Kürdəmirdə AĞIR QƏZA: ər öldü, həyat yoldaşı yaralandı

0

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Kürdəmir rayonu ərazisində qeydə alınıb.

"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Nəticədə Ucar rayon sakini 1971-ci il təvəllüdlü Şamil Sədiyar oğlu İbrahimov hadisə yerində ölüb. Onun həyat yoldaşı, Ucar rayon sakini, 1978-ci il təvəllüdlü Rəhilə Əsgər qızı İbrahimova isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5405

Oxşar yazılar