Elnur Abbasov, kriminal avtoritet
11 dekabr 2020 15:04 (UTC +04:00)

Elnur Abbasov, kriminal avtoritet

“Kürd Elnur” ləqəbli kriminal avtoritetlə bağlı YENİ XƏBƏR

Nərimanov rayon Məhkəməsində “Kürd Elnur” ləqəbli kriminal avtoritet Elnur Abbasov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə əlaqədar istintaq orqanının təqdimatına baxılıb.

APA-nın məlumatına görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. 

Qərara əsasən, Elnur Abbasovun həbs müddəti uzadılıb.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub. Elnur Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.

Qeyd edilən xüsusatlarla bağlı Elnur Abbasov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayət əməllərini törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

# 2550
avatar

Oxşar yazılar

Bakıda  FACİƏ:   BDU-nun tələbəsi öldü

Bakıda FACİƏ: BDU-nun tələbəsi öldü

4 mart 2024 , 17:22
Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

4 mart 2024 , 17:07
İki ayda Bakı yollarında  25 nəfər   ölüb

İki ayda Bakı yollarında 25 nəfər ölüb

4 mart 2024 , 16:49
Azərbaycanda daha bir İran aşiqi  tutuldu

Azərbaycanda daha bir İran aşiqi tutuldu

4 mart 2024 , 16:34
Bakıda daha bir  məktəbli   vəfat etdi

Bakıda daha bir məktəbli vəfat etdi

4 mart 2024 , 16:12
Azərbaycanlı narkomanın törətdiyi  dəhşətli qəzada   6 nəfər öldü

Azərbaycanlı narkomanın törətdiyi dəhşətli qəzada 6 nəfər öldü

4 mart 2024 , 16:06
Kamran Əliyev onu təqaüdə göndərdi

Kamran Əliyev onu təqaüdə göndərdi

4 mart 2024 , 15:10
Bakıda kafedə KÜTLƏVİ DAVA

Bakıda kafedə KÜTLƏVİ DAVA

4 mart 2024 , 13:33