Küçədə siqaret  çəkilməsinə irad bildirən qadın vəhşicəsinə   döyüldü
16 may 2026 13:44 (UTC +04:00)

Küçədə siqaret çəkilməsinə irad bildirən qadın vəhşicəsinə döyüldü

0

Başqırdıstanın İşimbay şəhərində kişi siqaretə görə ona irad bildirən qadını döyüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, zərərçəkmiş qadın kişidən ictimai yerdə siqaret çəkməməyi tələb edib. Tərəflər arasında başlayan mübahisə daha sonra fiziki qarşıdurmaya çevrilib.

Hadisə yerindən yayılan görüntülərdə qadının tanımadığı şəxsə səsini qaldırdığı, daha sonra uzaqlaşmağa çalışdığı görünür. Bu zaman kişi əvvəlcə ona təpik vurur, daha sonra isə qadını döyür.

Həmçinin hadisədən əvvəl çəkildiyi ehtimal olunan görüntülər də yayılıb. Videoda münaqişə zamanı onların yanında olan bir qızın ağlayaraq anasını çağırdığı və guya ona qarşı əxlaqsız hərəkətlər edildiyini dediyi eşidilir.

Yerli Telegram kanallarında da qadına sataşma ilə bağlı məlumatlar yayılıb.

Məlumatda bildirilib ki, “Məhkəmə-tibbi ekspertiza təyin olunub və onun nəticələrinə əsasən yekun prosessual qərar qəbul ediləcək”.

Hüquq-mühafizə orqanları əlavə edib ki, insident zamanı yetkinlik yaşına çatmayan şəxslərdən heç biri xəsarət almayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar