Körpü üzərindəki qəzada 3 nəfər xəsarət aldı
16 noyabr 2021 03:53 (UTC +04:00)

Körpü üzərindəki qəzada 3 nəfər xəsarət aldı

0

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə aeroport şosesindəki körpünün üzərində baş verib.

Natiq Əzimov idarə etdiyi “Vaz-21015” markalı avtomobillə hərəkətdə olan zaman  nəqliyyat vasitəsini eyni istiqamətdə gedən Pərviz İbadova məxsus “Kia” markalı maşına çırpıb. Qəza nəticəsində hər iki sürücü və “Vaz-21015”də olan sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməldaşları cəlb edilib.

Qəzaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1410

Oxşar yazılar