Yekaterinburqda arvadı ilə dalaşan kişi bir yaşlı uşağını pəncərədən atıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Posadskaya küçəsində baş verib. Sərxoş kişi ilə həyat yoldaşı arasında münaqişə yaranıb və bu zaman o, azyaşlı övladını beşinci mərtəbədən atıb.
Mübahisədən sonra valideynlər dörd gün uşağı unudublar. Bu müddət ərzində bir yaşlı qız qar uçqunu içində qalıb. Hərəkətsiz vəziyyətdə olan uşaq yanvarın 3-də tapılıb.
Ataya qarşı cinayət işi açılıb, onu 20 ilə qədər həbs gözləyir. Onun əvvəllər də oğurluq və dələduzluq cinayətlərinə görə məsuliyyətə cəlb olunduğu məlum olub.