Körpə atasının qucağından  düşüb öldü
30 avqust 2023 13:52 (UTC +04:00)

Körpə atasının qucağından düşüb öldü

Leninqrad vilayətində ata üç aylıq oğlunu yerə atıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə avqustun 29-da Volxov rayonunun Kolçanovo kəndində baş verib.

Atasının qucağından yıxılan uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada ölüb.

Ölən körpənin atasının 21, anasının isə 18 yaşında olduğu dəqiqləşdirilir. Onların heç birinin daimi işi yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ehtiyatsızlıqdan ölümə səbəb olduqda 109-cu maddə ilə cinayət işi açıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319
avatar

Oxşar yazılar