Koronavirusdan ölən kişinin QIZIL DİŞLƏRİ OĞURLANDI
02 oktyabr 2021 15:10 (UTC +04:00)

Koronavirusdan ölən kişinin QIZIL DİŞLƏRİ OĞURLANDI

0

 

Gəncədə ölmüş şəxsin dişləri oğurlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.

DİN mətbuat xidmətinin əməkdaşı Eşqın Qasımov APA-ya bildirib ki, vətəndaş Ramin Kərimov Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək koronavirusdan vəfat edən atasının protez dişlərinin naməlum şəraitdə oğurlanmasını bildirib. Müraciət ilə əlaqədar Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2051

Oxşar yazılar